İngiltərə Premyer Liqasının 17-ci turunda "Mançester Yunayted"i 2-1 hesabı ilə məğlub edən "Aston Villa" 111 illik rekordunu təkrarlayıb. Sport24.az xəbər verir ki, bu barədə "Opta Sports" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Birmingem komandası 1914-cü ildən bəri ilk dəfə olaraq bütün turnirlərdə ardıcıl 10 oyunda qalib gəlib.

 

"Aston Villa" daha əvvəl Premyer Liqada "Bornmut" (4-0), "Lids" (2-1), "Vulverhempton"(1-0), "Brayton" (4-3), "Arsenal" (2-1), "Vest Hem" (3-2), Avropa Liqasında isə "Makkabi", "Yanq Boys" (2-1) və "Bazel"i (2-1) məğlub edib. 

 

Qeyd edək ki, hazırda aktivində 36 xal olan "Aston Villa" Premyer Liqada üçüncü yerdədir. Emerinin komandası növbəti turda, dekabrın 27-də "Çelsi" ilə qarşılaşacaq.