Bu gün keçiriləcək bir oyunla Misli Premyer Liqasında XVI tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, ilin son oyununda "Sumqayıt" öz meydanında "Sabah"ı qəbul edəcək.
Bu oyunun nəticəsindən çox şey asılıdır. "Bayquşlar" Mehdi Hüseynzadə adına stadiondan baş tutacaq matçdan 3 xalla ayrılacağı təqdirdə qış fasiləsinə lider kimi yollanacaq. "Kimyaçılar" qələbə qazanacağı və ya heç-heçə edəcəyi halda isə turnir cədvəlinin 3-cü pilləsinə yüksələcək.
Qeyd edək ki, Premyer liqada qış fasiləsi gələn ilin yanvarın 23-də başa çatacaq.
Misli Premyer Liqası
II dövrə, XVI tur
19:30. "Sumqayıt" - "Sabah"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Nəriman Axundov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.