"Barselona", "Liverpul", "Arsenal", "Çelsi" və "Mançester Yunayted" "Atalanta"nın 20 yaşlı müdafiəçisi Marko Palestranın transferində maraqladır. Sport24.az "Caught Offside"aya istinadən xəbər verir ki, "Atalanta" gənc istedadı satmağa tələsmir.

 

Lakin italiyan klubu 35-40 milyon avroluq təklifləri nəzərdən keçirməyə hazırdır. Palestra hazırda icarə əsasında "Kalyari"nin formasını geyinir.  

 

Qeyd edək ki, gənc müfadiəçi bu mövsüm bütün turnirlərdə 14 oyunda meydana çıxıb və üç məhsuldar ötürmə edib.