Bu gün II Liqada 14-cü tur start götürəcək. Sport24.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçiriləcək.

 

"Ötən tur meydana çıxmayan "Şəki Siti" Xankəndi"ni qonaq edəcək. "Qaradağ Lökbatan" "doğma divalar" arasında "Araz Saatlı" ilə üz-üzə gələcək. "Quba" isə "Ağdaş"la qarşılaşacaq.

 

Qeyd edək ki, aktivində 36 xal olan "Xankəndi" ilk pillədə yer alıb. Eyni xala malik "Qaradağ Lökbatan" əlavə göstəricilərə görə ikinci, "Quba" isə 29 xalla üçüncü yerdədir.

 

II Liqa

XIV tur

22 dekabr (bazar ertəsi)

14:00. "Şəki Siti" – "Xankəndi"

Bakı. "Rekord Arena"

14:30. "Qaradağ Lökbatan" – "Araz Saatlı"

Lökbatan. OİK stadionu

14:30. "Quba" – "Ağdaş"

Quba. OİK stadionu

 

23 dekabr (çərşənbə axşamı)

14:00. "Ağstafa Gəncləri" – "Şəmkir"

14:00. "Göygöl" – "Dinamo"