İkinci Liqanın 13-cü turunda "Qaradağ Lökbatan"la oyunda meydana çıxmayan "Şəki Siti" bu gün "Xankəndi" ilə matça çıxacaq. Bu barədə Sport24.az-a etibarlı mənbədən məlumat daxil olub.

 

Neçə vaxtdı maaş üzünə həsrət qalan komanda üzvlərinə bildirib ki, bu tur oyuna çıxsınlar. Əvəzidə AFFA "Səki Siti"nin bir aylıq maaşını üzərinə götürüb.

 

Qeyd edək ki, 13 turdan sonra aktivində 25 xal olan bölgə təmsilçisi turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.