Azərbaycan Voleybol Federasiyası (AVF) kişilər arasında Yüksək Liqada yarımçıq dayandırılmış VII turun "Xilasedici" – "Ordu" matçı ilə bağlı qərarını açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə AVF-nin mətbuat xidməti məlumat yayıb.

 

Dekabrın 17-də keçirilən qarşılaşmanın yekun nəticəsi ilə əlaqədar bu gün iclas keçirilib. Toplantıda federasiyanın İnzibati Məsələlər Komissiyasının üzvləri, "Xilasedici" və "Ordu" komandalarının menecerləri, qarşılaşmanın supervayzeri və hakimlər iştirak ediblər.

 

AVF-nin baş katibi Faiq Orucovun rəhbərliyi ilə keçirilən iclasda dünənki qarşılaşmada baş verən hadisələr ətraflı şəkildə araşdırılıb və məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.

 

Qərara əsasən, yarımçıq dayandırılmış "Xilasedici" – "Ordu" qarşılaşmasında "Xilasedici" komandasına 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.