Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turun daha bir matçı keçiriləcək. Sport24.az xəbər verir ki, UNEC öz meydanında "Gəncə"ni qəbul edəcək. 

 

Qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək. 

 

Qeyd edək ki, turun açılış matçında "Azərreyl" "Murov Az Terminal"ı 3:0 hesabı ilə məğlub edib. Tura dekabrın 19-da yekun vurulacaq.