AFFA Yüksək Qızlar Liqasında 10-cu turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, tur çərçivəsində "Sumqayıt" FK "SOCAR Polymer Arena"nın ehtiyat meydançasında Gəncənin "Ümid" komandası ilə qarşılaşıb və 22:0 hesablı qələbə qazanıb.

 

Qarşılaşmada "Sumqayıt"ın heyətində Bənövşə Əsədzadə səkkiz dəfə fərqlənib. Lamiyə Əlizadə, Aybəniz Əsgərzadə, Müjgan Seyidova və Nailə Əliyeva hərəyə üç qol vurublar. Digər qolları isə Leyla Həsənova və Ləman Mustafazadə öz adlarına yazdırıblar.