Afrika Millətlər Kubokunda 1-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, bu gün B qrupunda Konqo və Benin milli komandaları üz-üzə gəlib. Qarşılaşma birincilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Benin yığmasında Azərbaycan Premyer Liqasında çıxış edən iki futbolçu da meydana çıxıb. "Sumqayıt"ın müdafiəçisi Abdul Raşid Mumini və "Neftçi"nin yarımmüdafiəçisi Sessi Dalmeyda matça start heyətində başlayıblar.

 

Mumini 90 dəqiqə meydanda qalıb. Dalmeyda isə 82-ci dəqiqədə əvəzlənib.