Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün Azərbaycan idmançıları beş növdə mübarizə aparacaqlar. Sport24.az xəbər verir ki, üzgüçülərdən Səid Həmidov, Yeqor Maynitskiy, Abdurrahman Rüstəmov, Ramil Vəlizadə, Rəşad Alquliyev, Fatima Alkaramova, Süleyman İsmayılmzadə, Oqtay Hüseynov, Vlastilina Xasyauova, Mehri Əbdurəhmanlı, Anastasiya Boborıkina, qız və oğlandan ibarət qarışıq komanda medalçılar sırasına düşməyə çalışacaq. 

 

Stolüstü tennis üzrə kişilərin fərdi yarışında Hilal Həsənovla Onur Quluzadə, qadınlarda isə Mərziyyə Nurmatova və Zemfira Mikayılova mübarizə aparacaq.

 

Ağırlıqqaldıran Rahilə Hüseynzadə (86 kq) final mərhələsində iştirak edəcək.

 

Muaytayçılarımız da mübarizəyə başlayır. Xəyal Əliyev (60-65 kq) və Səlahəddin Qocazadə (65-70 kq) qalib adı uğrunda yarışacaqlar.

 

Karateçilərdən isə Roman Heydərov, Turqut Həsənov və Fatimə Cəbrayılova ilk döyüşlərinə çıxacaqlar. 

 

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan təmsilçiləri indiyədək 29 mükafat (4 qızıl, 9 gümüş, 16 bürünc) qazanıblar və ölkə medal sıralamasında altıncı sıradadır.