"Barselona"nın keçmiş yarımmüdafiəçisi Oriol Romeu "Sauthempton"a keçib. Sport24.az xəbər verir ki, bu barədə Çempionşip klubunun mətbuat xidməti məlumat yayıb.
Kataloniya akademiyasının 34 yaşlı yetirməsi İngiltərə klubu ilə azad agent kimi müqavilə imzalayıb və anlaşma cari mövsümün sonuna qədər qüvvədədir.
Qeyd edək ki, Romeu 2015-ci ildən 2022-ci ilə qədər "Sauthempton"da oynayıb, daha sonra karyerasını "Jirona"da davam etdirib. 2023-cü ilin yayında "Barselona"ya qayıdıb. Bu ilin avqustunda isə Kataloniya klubundan ayrılıb.