Niderland millisinin baş məşqçisi Ronald Kuman gələn il keçiriləcək dünya çempionatından sonra peşəkar futboldan ayrıla biləcəyini etiraf etdi. Sport24.az xəbər verir ki, 62 yaşlı mütəxəssis bu barədə "Telegraaf"a açıqlama verib:

 

"Bu mümkündür. Bu barədə zaman-zaman düşünürəm. Müqavilənin uzadılması ilə bağlı hər iki tərəfin razılığı olmalıdır. Hər kəs gələcəyini düşünür. Amma mən hazırda bu barədə fikirləşmirəm". 

 

Qeyd edək ki, mütəxəssis 2023-cü ilin əvvəlindən Niderland millisinin 2sükanı arxasına" keçib. O, 2018-ci ildən 2020-ci ilə qədər də millinin baş məşqçisi olub. Kuman məşqçilik karyerası ərzində "Barselona", "Everton", "Sauthempton", "Feyenoord", "AZ Alkmaar", "Valensiya", PSV, "Benfika", "Ayaks" və "Vitess"də də çalışıb.