"Vitor Feijaonun komandadan ayrılmaq istədiyini bildirdi. Qərar özünə məxsusdur". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.
Təcrübəli mütəxəssis Kəpəz"in braziliyalı yarımmüdafiəçi Vitor Feijaonun komandadan gedişinin səbəbini açıqlayıb:
"Feijao bildirdi ki, ailədə problemim var, klubdan ayrılmaq istəyirəm. Son 2-3 həftədə oyununda eniş olmasının səbəbi də yəqin ki, ailədəki vəziyyətlə bağlı olub. Futbolçu getmək istədiyini bildirdi, biz də qərarına hörmətlə yanaşdıq. Getmək istəyəni zorla saxlamaq olmaz. Hazırda heyətdə yer alan oyunçular ən azı yanvara qədər bizimlədir. Heyətimiz kasaddır. İndiki məqamda heç biri ilə yolları ayırmaq istəmirik".
Qeyd edək ki, Vitor Feijao mövsümün əvvəlində "Kəpəz" cəlb olunub. O, Premyer Liqada 9 oyuna çıxıb və 1 qol vurub.