"Qarabağ"ın qapıçısı Mateuş Koxalski Polşa millisinə çağırılıb. Sport24.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Milli komanda noyabrın 14-də DÇ-2026-nın seçmə mərhələsində evdə Niderland, 17-də isə səfərdə Malta ilə üz-üzə gələcək.
Mənbənin sözlərinə görə, yığmanın əsas qapıçısı Lukaş Skorupski zədələndiyindən baş məşqçi Yan Urban Çempionlar Liqasında inamlı oyunu ilə diqqət çəkən Koxalskiyə şans verəcək.
Qeyd edək ki, Koxalski iyun ayında yığmaya çağırılsa da, forma geyinmək şansı qazanmayıb.