"Liverpul" "Brayton"un hücumçusu Yankubu Mintehi transfer etməyə hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider"in məlumat paylaşıb.

 

Mənbənin məlumatına görə, "qırmızılar" 21 yaşlı qambiyalı futbolçunu hücumçu Məhəmməd Salahın potensial əvəzedicisi kimi nəzərdən keçirir. "Brayton" Mintehə təxminən 80 milyon avro qiymət qoyub. 

 

Qeyd edək ki, qambiyalı futbolçu 2025/26 mövsümündə 12 oyunda bir qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatır.