"Çelsi"nin müdafiəçisi Aleks Disasi qış "transfer pəncərəsi"ndə klubdan ayrılacaq. Sport24.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.

 

27 yaşlı fransız futbolçu 2025/26 mövsümündə əsas komandada forma geyinmək şansı qazanmır. O, cari mövsümdə "Redinq"i 4-1 hesabı ilə məğlub etdikləri oyunda gənclər komandasının heyətində cəmi 71 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, Disasinin "Çelsi" ilə müqaviləsi 2029-cu ilin yayında başa çatır. "Transfermarkt" portalı onun transfer dəyərini 18 milyon avro olaraq qiymətləndirir.