Azərbaycan Yelkən Federasiyasının (SFA) Yelkən Mərkəzində keçirilən "SFA Federasiya Kuboku 2025" yarışı uğurla yekunlaşıb. Sport24.az xəbər verir ki, yarışlar hər gün saat 10:00–17:00 aralığında baş tutub.

 

Turnir çərçivəsində 9 noyabr saat 18:00-da mükafatlandırma mərasimi keçirilib və qaliblər müxtəlif siniflər üzrə təltif olunublar.

 

ILCA 4 sinifi

 

I yer - Davud Babazadə

 

II yer - Ameliya Əliyeva

 

III yer - Nəzrin Məmmədova

 

Optimist Junior sinifi

 

I yer - Ece Deniz Gursel (ARM Urla, Türkiyə)

 

II yer - Kamilla Həsənova

 

III yer - Ayaz Yılmazer

 

Optimist Qızlar sinifi

 

I yer - Nehir Uygur (ARM Urla, Türkiyə)

 

II yer - Emel Məmmədli

 

III yer - Yağmur Həsənli

 

Optimist Ümumi sinifi

 

I yer - Kamal Bəşirli

 

II yer - Nurlan Ağazadə

 

III yer - Nehir Uygur (ARM Urla, Türkiyə)

 

Tədbirdə çıxış edən Federasiya Prezidenti Qüdrət Qurbanov deyib ki, bu il qoşulanlar arasında qızlar çoxdur. O, yarışda iştirak edən bütün yelkənçiləri təbrik edib və qaliblərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Q.Qurbanov bildirib ki, Federasiya ölkədə yelkən idmanının inkişafını dəstəkləmək və yeni nəsil idmançılar yetişdirmək məqsədilə fəaliyyətini davam etdirəcək.