Tacikistan millisi Asiya Kubokunun seçmə mərhələsində Filippinlə heç-heçə edib. Sport24.az xəbər verir ki, Düşənbədə baş tutan oyun 1-1 hesabı ilə başa çatıb.

 

Bu nəticədən sonra A qrupunda birinci yeri tutan Tacikistana gələn il keçiriləcək Asiya Kubokunun final mərhələsinə vəsiqə qazanıb.

 

Qeyd edək ki, Asiya Kubokunun final mərhələsi 2027-ci ilin yanvarın 7-si fevralın 5-i aralığında Səudiyyə Ərəbistanının üç şəhərində - Ər-Riyad, Ciddə və Əl-Xubarda keçiriləcək. Turnirdə iyirmi dörd milli komanda iştirak edəcək.