FİFA prezidenti Canni İnfantino İran millisinin DÇ-2026-da iştirak edəcəyini açıqlayıb. Sport24.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri bu barədə komandanın Antalyadakı təlim-məşq toplanışına baş çəkəndən sonra jurnalistlərlə görüşündə bildirib:
"İran dünya çempionatında iştirak edəcək. Buna görə də biz buradayıq. Biz çox xoşbəxtik, çünki onlar çox güclü komandadır, mən də çox xoşbəxtəm. Kollektivi gördüm, oyunçular və məşqçi ilə danışdım, ona görə də hər şey qaydasındadır. Püşkatmaya görə, oyunlar keçirilməli olduqları yerdə oynanılacaq."
Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. İran Belçika, Misir və Yeni Zelandiya ilə birgə G qrupunda yer alıb.