Avstriya Futbol Assosiasiyası millinin baş məşqçisi Ralf Ranqniklə əməkdaşlığını davam etdirmək niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, hazırda 67 yaşlı məşqçi ilə yeni müqavilə ilə bağlı danışıqlar aparılır. Ranqnikin Avstriya ilə hazırkı müqaviləsi 2026-cı ilin iyul ayının sonuna qədərdir.

 

Yeni müqavilənin Avro 2028-in sonuna qədər imzalanması və məşqçinin ildə 2 milyon funt sterlinqə qədər qazanc əldə etməsi gözlənilir.

 

Qeyd edək ki, Ranqnik 2022-ci ilin yayında Avstriya millisinin "sükanı arxasına" keçib. Onun rəhbərliyi altında avstriyalılar AÇ-2024-də 1/8 finala vəsiqə qazanıblar. Komanda həmçinin, bu yay keçiriləcək dünya çempionatının final mərhələsində çıxış edəcək. Avstriya Argentina, İordaniya və Əlcəzairlə bərabər J qrupunda yer alıb.