Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella milli komandanın 2026-cı il dünya çempionatına vəsiqə qazanması ilə bağlı fikirlərini bildirib. Ötən gün türklər pley-off finalında Kosovonu 1-0 hesabı ilə məğlub ediblər. İtalyan mütəxəssis bununla bağlı UEFA-nın saytına açıqlama verib:

 

"İnanılmaz dərəcədə böyük bir emosiya dalğası! Türkiyəni böyük beynəlxalq turnirə aparan ilk əcnəbi məşqçi oldum. İnanılmaz dərəcədə qürur duyuram! Oyunçular əllərindən gələni etdilər və məqsədə çatdılar. İndi birlikdə gözəl səyahətimizə davam edəcəyik.

Futbolda hər kəs dünya çempionatını xəyal edir. Komanda ilə bu barədə danışdıq. Arzumuza çatdıq və xoşbəxtik. Bu, təsvir edilə bilməyən inanılmaz bir hissdir. Dünya çempionatı zirvədir. Bunu birlikdə yaşamağı səbirsizliklə gözləyirik. Hər kəs böyük töhfə verib. Heyət, rəhbərlik... Hamınıza təşəkkür edirəm!"