İraq hakimiyyəti milli komandanın DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmasını qeyd etmək üçün 1 və 2 aprel tarixlərini rəsmi tətil elan edib. Müvafiq fərman Baş nazir Məhəmməd əl-Sudani tərəfindən imzalanıb. Sport24.az xəbər verir ki, bu barədə İNA agentliyi məlumat yayıb.
İraq pley-off mərhələsində Boliviyanı 2:1 hesabı ilə məğlub edərək mundiala vəsiqə qazanan son komanda olub.
Qeyd edək ki, Asiya təmsilçisi Fransa, Seneqal və Norveçlə birlikdə I qrupunda yer alıb. Bu, İraq millisinin dünya çempionatında ikinci çıxışıdır. İraqlılar ilk dəfə 1986-cı ildə mundiala qatılıb.
Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. İlk dəfə olaraq final turnirində 48 komanda mübarizə aparacaq.