"Cenoa" ukraynalı yarımmüdafiəçi Ruslan Malinovskiyə yeni müqavilə təklif etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkə hesabında paylaşım edib. 

 

İtaliya klubu mövcud müqaviləsi cari mövsümünün sonunda başa çatan 32 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə ilə bağlı danışıqlara başlayıblar. Yeni anlaşmanın 2028-ci ilin yayına qədər davam edəcəyi gözlənilir.

 

Qeyd edək ki, Malinovski "Cenoa"ya 2023-cü ilin yayında qoşulub. Bu mövsüm Ruslan A seriyasında 29 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Aktivində 33 xal olan "Genoa" A Seriyasında 13-cü yerdədir.