"Yuventus" rəsmiləri "Barselona"nın hücumçusu Robert Levandovskinin agentləri ilə görüşüb. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Levandovski gələcəyi ilə bağlı qərar verməkdə tələsmir. Polyak futbolçu aprelin sonundan tez qərar vermək niyyətində deyil. O da məlumdur ki, Kataloniya klubu 37 yaşlı futbolçunun müqaviləsini daha bir mövsüm uzatmağa hazırdır, lakin maaşında əhəmiyyətli dərəcədə azalma olacaq. Levandovski və ailəsinin Barselonada xoşbəxt olduğu və karyerasını bitirdikdən sonra orada yaşamağı planlaşdırdığı vurğulanır.
Qeyd edək ki, forvard bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 37 oyunda meydana çıxıb, 16 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.