Bu gün dünya çempionatının pley-off mərhələsinin final matçları keçirilir. Sport24.az xəbər verir ki, həlledici matçda Kosovo ilə üz-üzə gələn Türkiyə millisi 1:0 hesablı qələbə qazanaraq 24 il sonra dünya çempionatının əsas mərhələsinə vəsiqə qazanmağı bacarıblar.

 

Qeyd edək ki, dünya çempionatının final mərhələsi iyun-iyul aylarında ABŞ, Kanada və Meksikada təşkil olunacaq.


DÇ-2026
Pley-off mərhələsi, final

 

31 mart

22:45 Kosovo – Türkiyə 0:1

Qol: K.Aktürkoğlu, 53