Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I turdan təxirə salınmış oyunun tarixi bəlli olub. Bu barədə Azərbaycan Voleybol Federasiyasından (AVF) məlumat verilib.
"Gənclər" və "Murov Az Terminal" komandaları arasında keçiriləcək oyun noyabrın 6-da, saat 16:30-da start götürəcək.
Qarşılaşma AVF-nin idman zalında baş tutacaq.