Qətərin "Al-Rayyan" klubunun iranlı voleybolçusu Saber Kazeminin beyin ölümü gerçəkləşib. Sport24.az xəbər verir ki, bu barədə İran Voleybol Federasiyası məlumat yayıb.
Bildirilib ki, Kazeminin həyatı texniki cihazlarla dəstəklənir və həkim nəzarətində saxlanılır.
Saber Kazemini Qətərdəki hotelin hovuzunda elektrik cərəyanı vurub. 2025-ci ildən Qətər klubunda çıxış edən voleybolçu İran milli komandası ilə Asiya çempionu və ikiqat Asiya Oyunlarının qalibi olub.