"Mançester Yunayted"in sabiq baş məşqçisi Erik ten Haq Premyer Liqayaa qayıda bilər. Sport24.az xəbər verir ki, "Vulverhempton" niderlandlı mütəxəssisin xidmətində maraqlıdır.
Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
"Qurdlar" ten haqla danışıqlara başlamağı planlaşdırır. "Vulverhempton"un gündəmində olan digər məşqçi isə Qari O"Nildir.
Qeyd edək ki, Erik ten haqın son iş yer "Bayer" olub. 55 yaşlı çalışdırıcı cəmi 3 oyundan sonra istefaya göndərilib. O, İngiltərədə daha əvvəl "Mançester Yunayted"də işləyib.