Noyabrın 7–21-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunacaq voleybol yarışlarının təqvimi açıqlanıb. Sport24.az xəbər verir ki, təqvimə əsasən Azərbaycan milli komandasının rəqibləri və oyunların başlama saatları müəyyənləşib.

 

Milli noyabrın 4-də mübarizəyə start verəcək. Komanda Tacikistan, İran, Türkiyə və Əfqanıstan yığmaları ilə qarşılaşacaq. Voleybol yarışlarına noyabrın 13-də yekun vurulacaq.

 

4 noyabr

15:00. Azərbaycan Tacikistan

6 noyabr

15:00. Azərbaycan İran

9 noyabr

18:00. Azərbaycan Türkiyə

12 noyabr

15:00. Azərbaycan Əfqanıstan