Kişi voleybolçular arasında Yüksək Liqanın III turunun növbəti qarşılaşmalarının keçirilmə tarixi müəyyənləşib. Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

 

Oktyabrın 30-da 1-ci turdan təxirə salınmış "Gənclər" - "Xilasedici" qarşılaşması keçiriləcək. FHN-in idman zalında təşkil olunacaq görüş saat 16:00-da start götürəcək.

 

Noyabrın 6-da isə Yüksək Liqanın III turunun oyunları keçiriləcək.

 

Yüksək Liqa (kişilər)
I tur (Təxirə düşən oyun)
30 oktyabr
16:00. "Gənclər" – "Xilasedici"

FHN-nin idman zalı

 

III tur
6 noyabr
16:00. "Murov Az Terminal" – "Ordu"

"Murov Az Terminal" VK-nın idman zalı

 

16:00. "Gənclər" - "Neftçi"
Abşeron OİK

 

17:00. "Xilasedici" - "AZERRAIL"
FHN-in idman zalı