"Turan Tovuz" Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Dinamo"nu məğlub edərək 1/8 finala yüksəlib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Növbəti mərhələyə vəsiqə qazandığımız üçün çox sevinirik. Bu gün gənclərə oynamaq şansı verdik.

 

- Kubokda hədəfiniz nədir?

- Kuboku qazanmağa çalışacağıq. Hər komanda bunun üçün çalışır.

 

- İbrahima Vadjinin performansını necə dəyərləndirirsiniz?

- Məşqlərdə özünü yaxşı göstərir, performansını artırır.