İtalyan futbolunun əfsanəsi Françesko Totti "Yuventus"un baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biri olan Luçano Spalletti haqqında danışıb. Sport24.az xəbər verir ki, italiyalı məşqçi Luçano Spalletti "Yuventus"la 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalaya bilər və müqavilənin uzadılması ehtimalı var. Müqavilənin uzadılmasının bir və ya iki il davam edib-etməyəcəyi hələlik məlum deyil.

 

Lakin 66 yaşlı mütəxəssis artıq hər iki variantı qəbul etməyə meyllidir.

 

"Bilirəm ki, o, bu vəzifəyə namizədlərdən biridir. Düşünürəm ki, Luçano, "Yuventus" üçün əla transfer olacaq. Luçano güclü, sədaqətli məşqçidir və harada olursa olsun, uğur qazanmağa çalışır. "Yuventus" onu transfer etməklə əla müqavilə bağlayacaq", - "Calciomercato" Tottinin sözlərini sitat gətirib.

 

Spalletti əvvəllər "Roma", "İnter", "Napoli" və İtaliya milli komandasını çalışdırıb.

 

Oktyabrın 27-də "Yuventus" 2025-ci ilin mart ayından bəri klubda çalışan baş məşqçi İqor Tudorun istefasını elan edib.

 

"Yuventus" bu mövsüm A Seriyasında səkkiz oyundan sonra 12 xal toplayıb və turnir cədvəlində səkkizinci yerdədir.