Misli premyer-liqasının 15-ci turunun son qarşılaşmasında "Sumqayıt" "Neftçi" ilə heç-heçə etdi – 2:2. Sport24.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Sumqayıt"ın məşqçisi Şahin Abdullayev iştirak edib.



- Ağır oyun idi. Oyundan əvvəl planımız var idi. Yeni məşqçi gəlib deyə, daha motivasiyalıydılar. 60-65-ci dəqiqəyə qədər belə oldu. Bundan sonra bəzi dəyişikliklər etdik. Planımız üzrə getdi hər şey.


- Nadir Orucov start heyətində başlasaydı, daha yaxşı olmazdı?


- Nadir ən yaxşılardan idi. Təcrübə baxımından çətinlik çəkə bilərdi. Həm də səfər idi.


- Ardıcıl üçüncü oyundu "Sumqayıt"ın texniki zonasının qarşısında aləm bir-birinə dəyir. Bu aqressivlik nədəndi?


- Aqressivlik deyil. Ötən oyun aqressivlik olmadı. Rəqib futbolçular bizim tərəfə cummuşdu. Ribeyro ilə Romalinqom arasında gərginlik oldu.



- Xəyal nə əcəb ikinci oyundu "çərçivə"dədi?


- Ötən oyun Mehdinin boynu ağrıdı. Məşqçidən xahiş etdi. Xəyalın təcrübəsi var.