Misli Premyer liqasının XV turunun son oyunu Bakıda keçiriləcək. Sport24.az xəbər verir ki, 15-ci oyun həftəsinə "Palms Sports Arena"da yekun vurulacaq.

 

"Neftçi" "doğma divarlar" arasında "Sumqayıt"ı qonaq edir. "Ağ-qaralar" yeni baş məşqçi, Yuri Vernidubun rəhbərliyi altında ilk oyuna çıxacaq ki, komandanın ukraynalı mütəxəssisin gəlişindən sonra necə təsir bağışlayacağı maraqla gözlənilir. "Kimyaçılar" isə yaxaladığı uğurlu seriyanı davam etdirmək niyyətindədir. "Gənclik şəhəri"nin təmsilçisi bu oyundan 3 xalla ayrılacağı halda ilk "üçlük"də yer alacaq.

 

Qeyd edək ki, qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək.

 

Misli Premyer Liqası

II dövrə, XV tur

19:00. "Neftçi" - "Sumqayıt" 1:0 (Birinci hissə)

Qol:  İmad Faraj, 34

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov.

VAR: Elçin Məsiyev.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Bakı. "Palms Sports Arena"

 

"Neftçi": 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 27. Kristian Kostin 11. İmad Faraj 10. Freddi Varqas 23. Cordan Rezabala

Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 77. Falaye Sako 22. Luis Ortis 28. Alessio Kurçi

Baş Məşqçi: Yuri Venidub

"Sumqayıt": 22. Xəyal Fərzullayev 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 6. Rauf Rüstəmli 19. Roi Kehat 14. Pedro Pinto 72. Rayan Senhadji 23. Ronaldo Vaskez 71. Masaki Murata 80. Keffel Resende 11. Aleksa Yankoviç

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 56. Aftandil Arixov 3. Höccət Haqverdi 75. Nadir Orucov 66. Ruslan Əliyev 37. Nihad Orucəli 9. Aleksandr Ramalinqom 10. Nikola Ninkoviç 95. Nsane Simon

Məşqçi: Şahin Abdullayev