Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında XV tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, qarşılamalardan biri bölgədə, digəri isə paytaxtda baş tutacaq.

 

"İmişi" "Karvan-Yevlaxı" qonaq edir. Kağız üzərində qarşılaşmanın favoriti heç şübhəsiz ki, meydan sahibləridir. "Pələnglər" istənilən rəqiblə başağrı ola biləcəyini əvvəlki oyunlarda sübut edib. Ancaq Füzuli Məmmədovun gəlişindən sonra "ağ-qaralar"da pis təsir bağışlamır. Düzdür, autsayder yeni baş çalışdırıcının rəhbərliyi altında hələ qələbə qazana bilməyib. Ancaq oyun planında az da olsa irəliləyiş hiss olunur.

 

Qeyd edək ki, Qubada keçiriləcək görüşün start fiti saat 14:00-da səslənəcək.

 

Misli Premyer Liqası

II dövrə, XV tur

14:00. "İmişli" - "Karvan-Yevlax" 1:1

Qol: Dioqo Almeyda, 29, Vadim Abdullayev, 39

Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.

VAR: İnqilab Məmmədov.

AVAR: Namiq Hüseynov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Quba. Olimpiya İdman Kompleksinin stadionu

 

"İmişli": 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 44. Həzrət İsayev 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 6. Yau Moses 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr

Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 70. Mehdi Tahirov 27. Lətif Rzayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli

Baş məşqçi: Jorj Kaşkilya

"Karvan-Yevlax": 99. Pedro Mateuş 7. Araz Abdullayev (k) 32. Elvin Yunuszadə 6. Vadim Abdullayev 33. Eltun Turabov 14. Uğur Cahangirov 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 4. Olavale Doyeni

Ehtiyat oyunçular: 25. Əmrah Bulud 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 77. Əli Abdullayev 5. Nika Çaçaşvili 12. Vitor Roşa 3. Said İranxan 8. Peter Kings 10. Samuel Durrant 21. İmani Barker

Məşqçi: Füzuli Məmmədov