"Milan"ın yarımmüdafiəçisi Aleksis Salemakerslə yeni müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

26 yaşlı futbolçu ilə müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Bildirilib ki, belçikalı oyunçu mövsümdə 3,5 milyon avro maaş alacaq.

 

Xatırladaq ki, Salemakers 2020-ci ildən bəri Milanda oynayır. Yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 18 matç keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə verib.