"Bavariya"nın qapıçısı Manuel Noyer zədələnib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Təcrübəli qapıçıya sağ bud əzələsinin cırılması diaqnozu qoyulub. Lakin bərpa müddəti ilə bağlı açıqlama verilməyib.

 

39 yaşlı qolkiper Almaniya çempionatının XIV turunda, "Maynts 05" ilə matçda (2:2) zədələnib. Münhen komandasının kapitanı bütün oyunu meydanda keçirib.

 

Qeyd edək ki, M.Noyer 2011-ci ildən "Bavariya"nın formasını geyinir. O, komandasının heyətində ümumilikdə 581 matç keçirib.

 

12 dəfə Almaniya çempionatının, 5 dəfə ölkə kubokunun və 7 dəfə Superkubokun qalibi olub. O, həmçinin "Bavriya"nın heyətində iki dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb. M.Noyer 2025/2026 mövsümündə 20 oyunda meydana çıxıb.