"Qarabağ" klubu Peşəkar Futbol Liqasına müraciət edib. Sport24.az xəbər verir ki, klub Çempionlar Liqasının Liqa mərhələsinin "Çelsi" ilə keçiriləcək oyununa daha yaxşı hazırlaşmaq məqsədilə X turda keçiriləcək "İmişli" – "Qarabağ" oyunu ilə 20-ci turda  baş tutacaq "Qarabağ" – "İmişli" görüşünün yerinin dəyişdirilməsini istəyib. 

 

"Qarabağ" klubunun rəsmi müraciətini, "İmişli" klubunun razılığını nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliklə bağlı qərar qəbul edib.

 

Belə ki, 10-cu turda  komandalar "Azersun Arena"da üz-üzə gələcək və oyun "Qarabağ" – "İmişli" görüşü kimi rəsmiləşəcək. Görüş 31 oktyabr saat 17:00-da start götürəcək və "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq. 20-ci turun görüşü  isə "İmişli" – "Qarabağ" qarşılaşması kimi oynanılacaq.