"Neftçi" Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsində qarşılaşacağı MOİK-lə matçın hazırlığını yekunlaşdırıb. Sport24.az xəbər verir ki, komandanın üzvləri bu gün "Palms Sports" Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

 

Qeyd edək ki, oktyabrın 29-da "Palms Sports Arena"da keçiriləcək "Neftçi" – MOİK görüşü saat 19:00-da başlanacaq.