28 oktyabr – Ümumdünya Cüdo Günü ilə bağlı Azərbaycan Cüdo Federasiyası paytaxtın əsas küçə və prospektləri boyunca xüsusi brendinq olunmuş avtobusla "Şəhər turu" həyata keçirib. Federasiyadan verilən məlumata görə, turda yer alan kiçik cüdoçular şəhərin müxtəlif məkanlarında sakinlərlə görüşüb, onları Cüdo Günü münasibətilə təbrik edib, xatirə fotoları çəkdiriblər.
Layihə cüdonun dəyərlərini - hörmət, cəsarət və dostluğu - daha geniş auditoriyaya çatdırmaqla ölkədə bu idman növünün populyarlığının artırılmasına xidmət edib.
Qeyd edək ki, 28 oktyabr həm də cüdonun banisi Ciqoro Kanonun doğum günüdür.