Bu gün kişi voleybolçulardan ibarət "Azerreyl" klubu Çempionlar Liqasında mübarizəyə başlayır. Sport24.az xəbər verir ki, təmsilçimiz təsnifat mərhələsinin I turunda Serbiya "Radniçki"si ilə qarşılaşacaq. 

 

Oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək və saat 19:00-da start götürəcək.

 

Qeyd edək ki, cavab oyunu oktyabrın 29-da baş tutacaq.