Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqalarında növbəti oyunlar keçirilib. Sport24.az xəbər verir ki, hər iki çempionatda II turun qarşılaşmaları baş tutub.

 

Qadınların yarışında "Gəncə" "Murov Az Terminal"ı, kişilərin mübarizəsində isə "Xilasedici" "Ordu" kollektivini 3:0 hesabı ilə məğlub edib.

 

Matçlar müvafiq olaraq "Murov Az Terminal"ın və Fövqalada Hallar Nazirliyinin idman zallarında reallaşıb.