Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsüm start götürür. Sport24.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

 

"Neftçi" "Ordu" ilə üz-üzə gələcəksə, "Murov Az Terminal" "Azərreyl"lə qarşılaşacaq. 

 

Oyunlar müvafiq olaraq saat 15:00-da və 17:00-da başlayacaq və hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.

 

Qeyd edək ki, turun "Gənclər" – "Xilasedici" oyununun keçiriləcəyi yer və tarix barədə əlavə məlumat veriləcək.