"Mançester Siti" "Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Andersonu transfer etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Express" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 22 yaşlı ingilis "şəhərlilər"ə təxminən 87 milyon avroya başa gələ bilər. Futbolçunun xidmətində "Çelsi" də maraqlıdır. 

 

Anderson cari mövsümdə bütün turnirlərdə 9 matçda 1 məhsuldar ötürmə edib. Onun klubla hazırki müqaviləsi 2029-cü ilin yayaında başa çatır.