Azərbaycanın Yüksək Liqa təmsilçisi "Xilasedici" komandası heyətini rusiyalı voleybolçu ilə gücləndirib. Bu barədə klubun mətbuat xidmətindən bildirilib.

 

Libero mövqeyində çıxış edən Nikita Naqayetslə 2025/2026 mövsümünü əhatə edən müqavilə imzalanıb.