Oktyabrın 18-də Monteneqronun Budva şəhərində oğlan və qız boksçular arasında U-15 Avropa çempionatı start götürəcək. Sport24.az xəbər verir ki, səkkiz gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

 

Bildirilib ki, məşqçilər korpusu yarışda Babək Abdullayev (40 kq), Onur Qurbanov (42 kq), Vaqif Məhəmmədli (44 kq), Məhəmməd Kazımzadə (46 kq), Abbasəli Məmmədli (48 kq), Elcan Musazadə (50 kq), İsmayıl Aslanlı (52 kq), Sabir Rüstəmov (54 kq), Fərhad Quliyev (57 kq), Amid Ələkbərov (60 kq), Sərxan Haqverdiyev (63 kq), Nurlan Müseyibli (66 kq), Zirəddin Rüstəmli (70 kq), Yusif Ağakişiyev (75 kq), Mehran Rəsulov (80 kq), Ərdəm Təkin (90 kq), Məhəmməd Mustafayev (+90 kq), Nəsrin Abdullazadə (40 kq), Aysan Miriyeva (46 kq), Nuray Qafarova (48 kq), Leyla Mahmudlu (50 kq), Kəmalə Həsənova (52 kq) və Xumar Cəfərliyə (75 kq) şans verəcək.

 

Avropa çempionatında ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edəcək.

 

Qeyd edək ki, sabah yarışa yollanacaq komanda oktyabrın 26-da Bakıya qayıdacaq.