İspaniyanın "Real Madrid" klubunun sabiq futbolçusu Quti Arda Gülerin hazırkı durumu və gələcəyi ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, ispan mütəxəssis türk futbolçunun digərlərindən seçildiyini xüsusi vurğulayıb.
"Mən görürəm ki, onda hər şey yaxşıdır. O, "Real Madrid"in digər oyunçularından fərqlənir. Eyni profildə çox futbolçu var: keyfiyyətli, fiziki baxımdan güclü, amma həlledici ötürməsiz. Arda isə yeganə oyunçudur ki, bu xüsusiyyətə - qol vəziyyətlərinə çıxmaq və fərqlənmək bacarığına malikdir", - deyə Quti bildirib.
Quti əlavə edib ki, baş məşqçi Xabi Alonso Ardaya tam etibar edəcək:
"Xabi ona inanacaq. Məncə, bu, Arda üçün möhtəşəm mövsüm olacaq".