"Milan" "Zenit"in futbolçusu Qustavo Mantuanı heyətinə qatmağı planlaşdırır. Sport24.az xəbər verir ki, "rossonyerlər" Rusiya klubunun üzvünü mövsümün sonunda heyətə cəlb etmək niyyətindədir.

 

24 yaşlı braziliyalı müdafiəçinin "Zenit"lə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. "Milan" onun üçün 5 milyon avro ödəməlidir.

 

Mantuan "Korintians"ın yetirməsidir və 2022-ci ildə bu komandadan Sankt-Peterburq təmsilçisinə keçib.