"Barselona"nın yarımmüdafiəçisi Dani Olmonun çiyin zədəsi səbəbindən keçirməli olduğu əməliyyat təxirə salınıb. Sport24.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.

 

Futbolçunun çiynindən əməliyyat olunması tibbi baxımdan zəruri olsa da, lakin hələlik onun əməliyyat olmayacağı məlum olub. Əgər 27 yaşlı oyunçu indi cərrahi masaya uzanarsa, ən azı 4 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu isə onun qarşıdan gələn Dünya Çempionatını buraxma riskini artırır. Tərəflər riski gözə almaq istəmədikləri üçün konservativ müalicə yolunu seçiblər. Hədəf Olmonun mövsümün həlledici hissəsində və mundialda tam hazır olmasıdır.

 

Xatırladaq ki, 26 yaşlı futbolçu La Liqada "Atletiko"ya qarşı keçirilən oyunda (3:1) zədələnib.

 

Qeyd edək ki, "Barselona" növbəti oyununu dekabrın 9-da Çempionlar Liqası çərçivəsində "Qarabağ"ın da rəqiblərindən biri olan "Ayntraxt" klubuna qarşı keçirəcək.