UEFA Qazaxıstan Futbol Federasiyasını 8750 avro cərimələyib. Sport24.az xəbər verir ki, buna 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Qazaxıstan - İngiltərə oyununda yaşananlar səbəb olub.
Sentyabrın 8-də gerçəkləşən qarşılaşmada meydana azarkeşlərin daxil olmasına görə quruma 1250 avro cərimə tətbiq edilib. Federasiya görüşün gec başlaması ucbatından isə 7500 avro ödəməli olacaq.
Qeyd edək ki, qarşılaşma İngiltərənin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.